"Putin və Əliyev arasında səmimi münasibətlər yaranıb"


“Rusiya və Azərbaycanı əsasında bərabərlik prinsipləri, mehriban qonşuluq, çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyəti olan strateji münasibətlər bağlayır”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın Moskvadakı səfirliyində Respublika Günü münasibətilə qəbulda deyib.

“Azərbaycan-Rusiya əməkdaşlığının miqyası və keyfiyyəti ildən-ilə artır. 2014-cü ildə biz əmtəə dövriyyəsinin həcminə görə rekord səviyyəyə - ildə dörd milyard dollara yüksəldik. Hal-hazırda ilk növbədə nəqliyyat, neft-qaz, aqrosənaye sahələri olmaqla əməkdaşlığın stimullaşdırılmasının yollarının aktiv axtarışı aparılır”, - deyə Karasin bildirib.

Onun sözlərinə görə, dünyada geniş şöhrət qazanan, Rusiya və Azərbaycan Prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu birgə layihəsi bunun üçün tələb olunan məkan oldu.

"Hal-hazırda bu ilin sentyabrına planlaşdırılan, növbəti - beşinci görüşə fəal hazırlıqlar aparılır", deyə o qeyd edib.

Xarici işlər nazirinin müavini həmçinin deyib ki, bugünkü ikitərəfli münasibətlər möhkəm təməl üzərində qurulub, onlar qarşılıqlı etimad və fayda ilə pərçimlənib: "Birinci növbədə daim təmasda olan ölkə baçşıları Vladimir Putin və İlham Əliyev olmaqla, regionlar, idarələr arasında səmimi, etibarlı münasibətlər yaranıb. Rusiya və Azərbaycan, tək dost deyil, həm də qonşudur". (trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu