Bir dairədən 7 namizəd


90 saylı Ağdaş seçki dairəsi üzrə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.


“Qafqazinfo” Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, sözügedən dairə üzrə 7 namizəd qeydə alınıb. Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov, bitərəflər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev, Elmir Gözəlov və Ümid Partiyasının sədri İqbal Ağazadədir.

Qeyd edək ki, sözügedən dairə üzrə təkrar seçki iyun ayının 18-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu