Rusiya XİN Qarabağ sammiti ilə bağlı xəbəri saytından çıxardı


Rusiya XİN Qarabağ sammitinə hazırlıqla bağlı hissəni saytında yerləşdirdiyi xəbərin mətnindən çıxarıb.

Məlumatı Novosti Armeniya yayıb.

Xatırladaq ki, mətnin ilkin variantında deyilirdi: “Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın RF-dəki səfiri Jan-Moris Riper ilə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıq işlərini müzakirə edib.

Söhbət zamanı Ukraynada böhranın nizamlanması üzrə beynəlxalq səylərlə bağlı məsələlər də müzakirə edilib. Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyətə toxunulub”.

Amma mətnin korrektə olunmuş variantında sammitlə bağlı hissə yoxdur. Son variant bu cür təqdim olunub: “Söhbət zamanı Ukaynadakı böhranın beynəlxalq səylərlə həll olunması, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu