Emin Şəkinski kollektivə təqdim olunub


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin yeni rəisi polis general-mayoru Emin Şəkinski kollektivə təqdim olunub.


“Report”un xəbərinə görə, E.Şəkinskini kollektivə daxili işlər naziri general-polkovnik Ramil Usubov təqdim edib.
Qeyd edək ki, E.Şəkinski bu təyinata qədər DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu