Krım tatarlarının lideri də İlqar Məmmədova azadlıq tələb etdi


Krım tatarlarının lideri Mustafa Cemilov da ReAL hərəkatının rəhbəri İlqar Məmmədovun azad ediməsi ilə bağlı başlanan kampaniyaya qoşulub.

Kampaniyanın təşkilatçıları sosial şəbəkədə Mustafa Cemilovun əlində İlqar Məmmədova azadlıq çağırışının əks olunduğu şəklini paylaşıblar.

Xatırladaq ki, bundan əvvəl Ukrayna təyyarəçisi, deputat Nadejda Savçenko da İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etmişdi.

Onu da xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş verən iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu