Lavrov bu gün Fransaya gedir- Gündəm Qarabağdır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Fransaya səfər edəcək. Səfər zamanı Lavrovun fransız həmkarı Jan - Jak Eyro ilə Qarabağı müzakirə edəcəyi gözlənilir.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Zaxarova, nazirin fransalı həmkarı ilə görüş keçirəcəyini vurğulayıb: “Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu