Lavrov Çavuşoğlu ilə Soçidə görüşəcək


Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

AzVision.az bunu S.Lavrov fransalı həmkarı Jan-Mark Eyro ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında təsdiq edib.

Onun sözlərinə görə, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Soçidə keçiriləcək iclası çərçivəsində baş tutacaq:

“Bildiyiniz kimi iyulun 1-də Soçidə iclas keçiriləcək. İclasda türkiyəli həmkarımın istəyi əsasında onunla ikitərəfli görüş də planlaşdırılır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu