İlham Əliyevin sərt bəyanatının Yerevanda əks-sədası


Sarkisyan müharibəni Azərbaycanla razılaşdırıb?

Bu sözləri Ermənistanın hakim Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Sharmazanov deyib.

O bu sözləri prezident İlham Əliyevin Qarabağ münaqişəsinin yalnız mərhələli şəkildə həll edilə biləcəyi və Qarabağın statusunun yalnız Azərbaycanın tərkibində müəyyən edilə biləcəyi barədə bəyanatına cavab olaraq deyib.

Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev hərbçilərlə görüşü zamanı bildirmişdi ki, Sankt Peterburqda Ermənistan və Rusiya prezidentləri ilə keçirdyi görüşü müsbət qiymətləndirir.

"Dağlıq Qarabağ heç vaxt müstəqillik qazanmayacaq. Azərbaycanın tarixi torpaqlarında heç vaxt ikinci erməni dövləti yaranmayacaq. Bu, əsas məsələdir. Dağlıq Qarabağın statusuna gəlincə, bu, gələcəyin məsələsidir. Əlbəttə, müəyyən status verilə bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası var. Avropada, başqa ölkələrdə müsbət təcrübə və müxtəlif statuslar var. Ancaq bu status bizim dövlətimizin ərazi bütövlüyünü pozmamalıdır," deyə İlham əliyev bildirib.

Əliyevin bu bəyanatına münasibət bildirən Sharmazanov deyib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq. "Qarabağ xalqına müstəqilliyi cənab Əliyev vermir. Allah hər bir xalqa azadlıq və müstəqillik istəyi verir," deyə mətbuat katibi qeyd edib.

Jurnalistlərin "tərəflərin mövqeləri tamamilə fərqli olduğu və bir-birini istisna etdiyi təqdirdə sonrakı görüşlər mənasız olmurmu" sualına cavab olaraq mətbuat katibi belə deyib: "Danışıqların alternativi atışmadır. Bir nömrəli vəzifəmiz sülhdür". (Azadliq radiosu)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu