Roma Papası Azərbaycan səfərinin səbəblərini açıqlayıb


Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər edəcək.

Bu barədə Papanın özü Vatikandakı çıxışı zamanı bildirib.

O, bu ölkələrə səfər etmək təklifini iki səbəbdən qəbul edib.

"Birincisi, bu torpaqlarda mövcud olan qədim xristian köklərinin dəyəridir. Bu, həmişə digər dinlər və mədəniyyətlərlə dialoq ruhudur" - deyən Roma Papası ikinci səbəb kimi sülhə ümid və yollarının təşviqini göstərib.

"Tarix bizi sülh yolunun böyük əzm və kiçikdən başlayaraq tədricən böyüyən, bir-birinə güzəştə gedən daimi addımlar tələb etdiyini öyrədir. Bu səbəbdən arzum hər kəsin barışığa öz töhfəsini verməsidir", - deyə Papa Fransisk qeyd edib.

Xatırladaq ki, iyunun 24-26-da Roma Papası artıq Ermənistana səfər edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu