ürkiyə ilə Rusiyanı Bakı barışdırıb- XİN rəhbəri


"Bakı və Astana Rusiya ilə münasibətlərin bərpasında müsbət rol oynayıb".

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bildirib.

Qeyd edək ki, bir neçə dəqiqə öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında Soçidə keçirilən görüş başa çatıb. Görüş 40 dəqiqə çəkib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün konstruktiv keçdiyini və regional məsələləri müzakirə etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu