Kerri və Lavrov prezidentlərin görüşünü müzakirə etdi


ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparıb.

Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, telefon danışığı Con Kerrinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşü müzakirə olunub.

Kerri və Lavrov prezidentlərin görüşünün nəticələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin atacağı növbəti addımları müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu