Qondarma "soyqırım" qərarından sonra üz-üzə gələcəklər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alman parlamentinin qondarma erməni soyqırımını tanımasından sonra ilk dəfə Almaniya kansleri Angela Merkellə görüşəcək.

Artıq Almaniya tərəfi görüşün keçirilməsi ilə bağlı müraciət edib.

İki liderin ən pis ehtimalla ayaqüstü görüşəcəyi və Almaniya parlamentində qəbul edilən qondarma erməni soyqırımı qanunununu müzakirə edəcəyi gözlənilir.

Bundan başqa, Ərdoğan ABŞ Prezidenti Barak Obama ilə də görüşəcək. Görüşdə İŞİD-lə mübarizə, Suriya və İraqda baş verən hadisələr müzakirə olunacaq.
(axar.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu