Lavrovun Azərbaycana səfəri başladı


Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri başlayıb.

Səfər işgüzar xarakter daşıyır. Səfər müddətində onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Görüşlər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.

Səfər sabah başa çatacaq.

Qeyd edək ki, S. Lavrov iyunun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub. Həmin səfər zamanı da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub.

İki gün öncə Azərbaycan prezidenti İlham Əliyev Varşavada keçirilən NATO sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyini xatırladaraq bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu