"İlham Əliyevlə dostluq münasibətlərimiz var"- Poroşenko


“Azərbaycan və Ukrayna arasında əməkdaşlıq üçün böyük potensial var”.

Bunu hazırda Bakıda səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasında bildirib.

“Bizim xalqların əlaqələri arasında böyük potensial var və cəsarətlə deyə bilərəm ki, hər iki ölkənin prezidentləri arasında isti və dost münasibətləri mövcuddur. Biz aktiv şəkildə danışıqlar prosesindəyik”, - deyə Poroşenko vurğulayıb.

Onun sözlərinə görə, ölkələr arasında əldə olunan bütün razılaşmalar qətiyyətli formada həyata keçirilir. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu