Çavuşoğlu Azərbaycana gəlir


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 14-15-də Azərbaycana rəsmi səfərə gələcək.

AzNews.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Mövlud Çavuşoğlunun Prezident İlham Əliyev ilə görüşü gözlənilir.

Nazirliyin məlumatında qeyd edilir ki, M.Çavuşoğlu səfər zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşəcək. Görüş çərçivəsində onlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini müzakirə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu