İsmayil Alper Coşqun mətbuat konfransı keçirəcək


Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun mətbuat konfransı keçirəcək.

"Report"un məlumatına görə, mətbuat konfransı Türkiyədə iyulun 15-də baş verən dövlət çevirilişi cəhdi və ondan sonra baş verənlərə həsr ediləcək.
Tədbir səfirlikdə olacaq və səfir İsmayil Alper Coşqun Türkiyədəki hadisələrlə bağlı azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülənin tərəfdarları (FETO - Fətullahçı terror təşkilatı) Türkiyədə dövlət çevrilişə cəhd ediblər, lakin bu cəhdin qarşısı alınıb, qiyamda iştirak edən şəxlər həbs olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu