Rusiyadan Türkiyə ilə bağlı qərar


Rusiya Türkiyə ilə hava əlaqələrini bərpa edib.

Axar.az xəbər verir ki, hərbi çevrilişə cəhd hadisəsindən sonra Türkiyəyə uçuşları dayandıran Rusiya bu gündən etibarən hava əlaqələrinin əvvəlki qaydada davam edəcəyini açıqlayıb.

Rusiya Mülki Hava Yolları Qurumunun yaydığı açıqlamada “Türkiyə təhlükəsizlik təlimatlarını yerinə yetirən sənədləri bizə təqdim etdiyi üçün uçuş qadağası ləğv olundu”, - deyilir.

Qeyd edək ki, Rusiya Türkiyə ilə hava əlaqəsini iyulun 16-da dayandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu