Mövlud Çavuşoğlu: "Rusiya ən çox dəstək verən ölkələrdən biri olub"


Rusiya çevrilişə cəhd zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub.

NTV telekanalının verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub”, - deyə Çavuşoğlu qeyd edib.

O, Türkiyə təhlükəsizlik sistemində boşluqların olduğunu etiraf edib: “Çevriliş cəhdi barədə yalnız ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub: “Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu