Misir parlamentinə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təqdim olunub


Sənəddə Osmanlı imperiyasında 1915-1922-ci illər arasında erməni xalqına qarşı törədilənlərin soyqırım kimi tanınması tələb edilir.

Misir parlamentinə qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi təqdim olunub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, sənəd 337 deputatın imzası ilə ölkə parlamentinin sədri Əli Abdulala təqdim edilib.
Millət vəkili Mustafa Bəkrinin hazırladığı qanun layihəsində Osmanlı imperiyasında 1915-1922-ci illər arasında erməni xalqına qarşı "törədilənlər"in "soyqırım" kimi tanınması və bu istiqamətdə bir qərar çıxarılması tələb olunur. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyətə də oxşar çağırış edilir.
Qeyd edək ki, Misir parlamentində qanun layihəsinin qəbul olunması üçün səs çoxluğu zəruridir. Ölkə parlamentində də 596 deputat var və onlardan 380 nəfəri Misir prezidenti Əbdülfəttah əs-Sisiyə yaxın "Misirə dəstək koalisiyası"nın üzvləridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu