Putin Bakı səfərindən dərhal sonra Sarkisyanla görüşəcək


Rusiya prezidenti Vladimir Putin Bakıya səfərindən dərhal sonra Ermənistan prezidenti Serj Sərkisyanla görüşəcək.

Virtualaz.org Kremlin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 10-da Rusiya və Ermənistan prezidentləri Moskvada ikitərəfli münasibətləri, habelə bir sıra aktual regional və beynəlxalq problemləri müzakirə edəcəklər.

Xəbər verildiyi kimi Putin avqustun 8-də Bakıya səfər edəcək. Bakıda Rusiya, İran və Azərbaycan prezidentləri ilə “Şimal-Cənub” nəqliyyat dəhlizinə dair məsələlər müzakirə olunacaq. Bu, üç ölkənin razılaşdırığı və reallaşmaq üzrə olan strateji əhəmiyyətli nəqliyyat dəhlizidir. Lakin şübhə yoxdur ki, Putinin Bakıya səfəri zamanı Qarabağ məsələsi də əsas müzakirə mövzularından olacaq. Gözlənilir ki, Putinin Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlarının əsas mövzusu məhz Qarabağ münaqişəsinə dair nizamlama prosesinin indiki vəziyyəti olacaq.

Ehtimal edilir ki, Rusiya prezidenti Bakıya səfərin ardınca Ermənistan prezidentini Moskvaya çağıraraq Qarabağa dair növbəti üçtərəfli sammitin təşkilini, habelə gündəmdə olan və "Putin planı" adlandırılan nizamlama variantına dair məsələləri müzakirə edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu