Putinin Qarabağ mövqeyi Azərbaycanı qane edirmi?


Rusiya prezidenti Vladimir Putin Azərtaca müsahibəsində Dağlıq Qarabağla bağlı danışarkən deyib ki, Rusiya Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmır:

“Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir”.

Bəs Putinin Qarabağa dair mövqeyi Azərbaycanı qaneə edirmi?

AzVision.az xəbər verir ki, Siyasi ekspert Arzu Nağıyevin fikrincə Putinin bəyanatındakı əsas məqam məhz Ermənistana və onun rəhbərliyinə ünvanlanıb:

“Rusiya ATƏT-in Minsk qrupunda təmsil edilən ən nüfuzlu dövlətlərdən biridir. Eyni zamanda Rusiyanın Ermənistana təzyiq mexanizmləri daha çoxdur, buraya həm iqtisadi, həm siyasi, həm də hərbi təsirlər daxildir. Bu gün Rusiya təşəbbüsü öz üzərinə götürərək Dağlıq Qarabağ münaqşəsinin həllində Qərbin də bildirdiyi kimi “açar fiqur” rolunu tam məsuliyyəti ilə oynasa, regionda nüfuz sahibinə çevirilə bilər. Hətta Qərbin tətbiq etdiyi iqtisadi və siyasi sanksiyalardan müəyyən qədər qurtular . Düşünürəm ki. cənab Putinin bəyanatındakı əsas məqam məhz Ermənistana və onun rəhbərliyinə ünvanlanıb. Yəni Azərbaycanın mövqeyi məlumdur, ərazi bütövlüyü çərçivəsində bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq danışıqlarda iştirak etmək və konkret adımlar atmaqla mərhələli şəkildə münaqişənin həllini sona çatdırmaqdır. Bir sözlə sülh yolunu seçməklə, hərbi variant da ehtiyat kimi saxlayır”.

A.Nağıyev vurğulayıb ki, Ermənistan rəhbərliyi isə siyasi şoular təşkil etməklə bu proseləri uzadır və bununla yanaşı öz hakimiyyətinin vaxtını uzadır: “Bunu Rusiya rəhbərliyi də, Qərb də başa düşür. Məhz buna görə də Bakı görüşlərindən sonra Sarkisyan Moskvada səfərdə olmalıdır. Düşünürəm ki, öz təlimatını da alacaq”.

Qarabağın Azərbaycana məxsusluğunu inkar edən Sarkisyanın rəhbərlik etdiyi Ermənistanla məqbul yolun tapılması hərbi əməliyyatlardan keçirmi sualına isə siyasi şərhçi belə cavab verib:

“Azərbaycan münaqişənin həllini sülh yolu ilə tapmasına çalışır. Hərb yolu isə ehtiyat variantdır. Heç bir regional dövlət, eyni zamanda Rusiya da istəmir. Çünki bu tək Ermənistan-Azərbaycan qarşıdurması olmayacaq, terrorçuların havadarları və münaqişənin uzanmasında maraqlı olan dövlətlərin dolayı da olsa iştirakına gətirib çıxaracaq . Buna görə də ilk növbədə Rusiya və Qərb ölkələri bütün vasitələrlə münaqişənin sülh yolu ilə həllinə çalışmalı, regional təhlükəsizliyi bərpa etməklə, gələcəkdə iqtisadi və digər maraqlarına zəmin yaratmalıdırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu