Azərbaycan, Rusiya və İran prezidentləri Bakıda bəyannamə imzalayacaqlar


"Tərəflər regionda həll edilməyən münaqişələrin bölgədə əməkdaşlığa böyük mane olduğunu etiraf edirlər".

"RİA Novosti" xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakıda keçiriləcək üçtərəfli görüşünün bəyannaməsinin layihəsində vurğulanıb.

Sənəddə münaqişələrin beynəlxalq hüquq normaları əsasında və danışıqlar yolu ilə həll edilməsi qeyd edilib.

Layihədə tərəflər Xəzərin hüquqi statusu haqda konvensiyanın qəbul olunmasının, eləcə də sülh, dostluq, təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini etiraf ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu