Rəsmi Bakı Azərbaycan, Rusiya və İran arasında enerji dəhlizi yaratmağı təklif edib


İlham Əliyev: Bu dəhgliz üç ölkənin enerji təlabatını və yeni enerji bazarlarına çıxışını təmin edə bilər.

Rəsmi Bakı yeni enerji bazarlarına çıxmaq üçün Azərbaycan, Rusiya və İran arasında enerji dəhlizi yaratmaq təklif edib."
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirilən üçtərəfli görüşdə bildirib.
"Azərbaycan indi elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və ölkənin ixrac potensialı artır. Biz birlikdə etibarlı enerji dəhlizinin formalaşması nail ola bilərik. Əminəm ki, birgə səylərimiz nəticəsində biz etibarlı enerji dəhlizi yarada bilərik. Bu dəhgliz üç ölkənin enerji təlabatını və yeni enerji bazarlarına çıxışını təmin edə bilər", - İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu