Bəxtiyar Hacıyevə cinayət işi açıldı - XULİQANLIĞA GÖRƏ


“Haqqımda İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq”(296-cı maddə) maddəsi ilə cinayət işi açılıb. Hazırda polis idarəsində izahat yazıram. İş Yasamal rayon Məhkəməsinə göndərilir”.

Bu sözləri Modern.az-a açıqlamasında ictimai fəal Bəxtiyar Hacıyev özü deyib.
O bildirib ki, həbs olunacağını hələ dəqiq bilmir:
“İlkin olaraq həbs ehtimalının olub -olmadığını dəqiq deyə bilmərəm”.
Xatırladaq ki, Bəxtiyar Hacıyev Dövlət Yol Polisinin yol patrul xidmətinin inspektoru ilə mübahisə etdiyinə görə bu gün 27-ci polis bölməsinə aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu