"İslam Kərimov heç vaxt Ermənistanı dəstəkləməyib"- deputat


“Özbəkistanın mərhum prezidenti İslam Kərimov hakimiyyəti dövründə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini tam dəstəkləyib”.

Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputatın fikrincə, Özbəkistanın Dağlıq Qarabağla bağlı prinsipial mövqeyi olub və İslam Kərimov heç vaxt Ermənistanı dəstəkləməyib:

“İslam Kərimovun rəhbərlik etdiyi Özbəkistan nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, hər zaman dəstəkləyib. İslam Kərimov bu məsələdə ermənilərə qarşı kifayət qədər sərt mövqeyini gizlətməyib. Bu vaxta qədər Özbəkistan Ermənistanda səfirlik belə açmayıb. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT-nin Baş Assambleyasında müzakirə olunarkən, baxmayaraq ki, Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təşkilatının üzvü idi, orada səsvermə zamanı Rusiya Ermənistanı dəstəklədi, KTMT-yə daxil olan Qazaxıstan, Qırğızıstan, Tacikistan bitərəf qaldı, Özbəkistan isə açıq şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Özbəkistan bundan artıq nə etməlidir? Yəni, ən mötəbər beynəlxalq təşkilatda Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyib”. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu