“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər təklif edilir


Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə əlavələr təklif edilir.

Maddənin birinci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil olunur.

Maddənin ikinci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı “orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri” vəzifələri də daxil edilir.

Maddənin üçüncü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilərək qüvvədə olan “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri” dəyişdirilərək “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların bölmə rəhbərlərinin müavinləri” kimi verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu