"İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür"


“Azərbaycanın dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür”.

Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib.

“Azərbaycan bizim doğurdan da “Bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğumuz qardaş ölkədir. FETÖ “sülh, mülayim İslam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur”, - deyə İsmayıl Qəhrəman bildirib.

“İlham Əliyev böyük dövlət xadimidir, lazımi tədbirləri görür. Bir çox platformada biz Azərbaycanla bir yerdəyik, bir-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”, - deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu