Türkiyə Azərbaycanla birgə səfirliklər yaratmağı təklif etdi


Azərbaycamda diplomatik missiyasını başa vuran Türkiyə səfiri İsmayıl Alper Coşqun bir sıra ölkələrdə birgə Azərbaycan-Türkiyə səfirliklərini yaratmağı təklif edib.

Virtualaz.org-un məlumatına görə, İ.A. Coşkun iki ölkə arasındakı münasibətlərin inkişafından danışarkən deyib ki, Türkiyə və Azərbaycan bir-biri ilə sıx bağlıdır: "Türkiyə heç vaxt Azərbaycanın maraqlarına zərər vuracaq addım atmayacaq. Türkiyə hər hansı qərarı verərkən Azərbaycanın maraqlarını nəzərə alır. Hər iki ölkənin hədəfləri eynidir. . Bəzi fikir ayrılıqları ola bilər, ancaq ümumi məsələlərdə bizim fikirlərimiz uyğun gəlir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu