"Bu, AŞPA-ya baş ucalığı gətirməyəcək"- Əli Əhmədov


“Əgər Avropa Şurasında Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında saxtakarlıq həqiqətən olubsa, mən bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri olan AŞPA üçün o qədər də baş ucalığı gətirməyən hadisə hesab edirəm”.

Bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, AŞPA-nın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədər qərar qəbul etməsinə mənfi münasibət göstərməsi və nəticə etibarı Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi AŞPA-ya baş ucalığı gətirmir: “Ən azı ona görə ki, AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib. İkinci dəfə əks mövqeyin nümayiş etdirilməsi düzgün hal ola bilməz. Digər bir tərəfdən çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk qrupunın həmsədrləri AŞPA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da bütövlükdə Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında bizi düşünməyə vadar edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu