Avropa İttifaqından Azərbaycana təbrik


Avropa İttifaqı (Aİ) Azərbaycanı müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar təbrik edib.

Avropa İttifaqı sözçüsünün Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı bəyanatında deyilir ki, Azərbaycan müstəqillik illəri ərzində hərtərəfli inkişaf edib:

-Avropa İttifaqı Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək və demokratik təsisatların, qanunun aliliyinin və iqtisadi rifahın inkişafına dəstəyini əsirgəməyəcək. Bu il həmçinin Aİ-Azərbaycan əlaqələrinin 25 illiyi qeyd olunur. Bununla yanaşı, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşmasının imzalanmasından 20 il keçir.

Aİ Azərbaycanla 1996-cı ildə imzalanmış bu razılaşmanın əvəzində yeni əməkdaşlıq sazişi üzrə danışıqların başlanmasını və qarşılıqlı maraq, yenicə nəzərdən keçirilmiş Avropa Qonşuluq Siyasətinin prinsipləri və beynəlxalq qanun çərçivəsində ikitərəfli əməkdaşlığı daha inkişaf etdirməsini səbirsizliklə gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu