Qiyas İbrahimova bu cəza istənildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Nida" Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Q. İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Proses oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Q. İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu