XİN İstanbuldakı terror aktı ilə bağlı başsağlığı verib


Xarici İşlər Nazirliyi İstanbul şəhərində törədilmiş terror aktı ilə əlaqədar açıqlama yayıb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada Azərbaycanın hər zaman qardaş Türkiyə ilə həmrəy olduğu vurğulanıb.
“Biz, İstanbulun Beşiktaş rayonunda törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu