Azərbaycandan səfirin öldürülməsinə münasibət


“Ankarada Rusiya səfirinin amansızlıqla öldürüləməsinin arxasında böyük çirkin niyyətlər durur”

AFN xəbər verir ki, bunu Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, artıq xeyli müddətdir Türkiyədə silsilə terror hadisləri törədən qüvvələr indi yeni, daha təhlükəli ssenari həyata keçirməyə başlayıblar.

“Məhz Rusiya səfirinin öldürülməsi bir tərəfdən yeni-yeni normallaşan Türkiyə-Rusiya münasibətlərini pozmaq, digər tərəfdən isə Türkiyənin beynəlxalq bilikdə nüfuzuna zərbə vurmaq istəyindən xəbər verir.

Çox təəssüf ki, antiTürkiyə qüvvələri üçün artıq insanlıq anlayışı yoxdur, qardaş ölkəyə qarşı bütün çirkin oyunlar mümkün hesab edilir. Düşmən gözlənilməyən yerdən alçaq hücmülar həyata keçirir. Belə görünür ki, daha ağırlarını da gözləmək mümkündür.

İnanıram ki, Türkiyə bu çətin sınaqdan çıxacaq, onu zəmək istəyənlərin cavabını verə biləcəkdir”.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada sərgi salonunda güllələnib. Ağır yaralanan səfir xəstəxanada dünyasını dəyişib.

Rəsmi Moskva səfirin öldürülməsini terror aktı kimi dəyərləndirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu