Tramp Putinə sabah zəng edəcək



ABŞ prezidenti Donald Tramp həftəsonu rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmək niyyətindədir.

Bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

Tramp vurğulayıb ki, Vladimir Putin ona seçkilərdə qalib gəldikdən sonra zəng edib: "Bizdə hələ müzakirələr olmayıb, amma bildiyimə görə tezliklə olacaq".

“NBC” telekanalının əməkdaşı Helli Cekson ABŞ administrasiyasında olan mənbələrə istinadən xəbər verir ki, telefon danışığı 28-29 yanvar tarixlərində baş tutacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı şənbə günü baş tuta bilər. (Azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu