Qənirə Paşayeva Fransa prezidentinə etiraz etdi



“Fransa prezidenti Ollandın Fransada yaşayan erməni diasporu ilə bağlı söylədiklərini geniş müzakirəyə çıxaran dostlar, Fransa nə zaman Qarabağ problemi ilə bağlı ədalətli mövqe tutub ki, indi də Ollanddan ədalətli mövqe gözləyək. Fransa hər zaman Ermənistanı müdafiə edib. Bu ölkə BMT Təhlükəsizlik Şurasının üzvüdür, amma bu günə qədər Ermənistana bu təşkilatın qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi istiqamətində heç bir təsir və təzyiq etməyib”.

Bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.

O, qeyd edib ki, 1 milyon azərbaycanlı köçkün 20 ildən artıqdır ki, öz evinə dönə bilmir və onların fundamental insan haqları işğalçı Ermənistan tərəfindən pozulmaqda davam edir, Ermənistan hələ də işğalı davam etdirir, amma Qarabağ probleminin həlli istiqamətində yaradılmış ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri kimi bu günə qədər rəsmi İrəvana azərbaycanlı köçkünlərin öz evinə qayıda bilməsi istiqamətində heç bir təzyiq göstərməyib.

“Fransa və Olland hər zaman qondarma “erməni soyqırımı” yalanlarını dəstəkləyib, amma Xocalı soyqırımı barədə danışmaq belə istəmirlər. Fransa da, digər həmsədrlər də, heç zaman ədaləti dəstəkləməyəcəklər. Ona görə də dövlət və millət olaraq gücümüzü, birliyimizi daha da gücləndirərək torpaqlarımızı biz özümüz işğaldan azad etməliyik və inşallah azad edəcəyik.

Ollandların fikri də bizim üçün önəmli deyil və olmamalıdır. Cənab Prezident, Ali Baş Komandan da bunu çox açıq və birmənalı şəkildə ifadə edib. Azərbaycan torpaqlarında ikinci erməni dovlətinin yaranmasına heç bir zaman imkan verməyəcək və biz torpaqlarımızı işğaldan azad edəcəyik.
Və hamımız bu amal üçün çalışmalıyıq. Bir turist təşkilatına çevrilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən ciddi heç bir şey gözləməyə dəyməz”-deyə, Q. Paşayeva sonra qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu