Boris Conson Rusiya səfərini təxirə saldı




Xarici işlər naziri Suriyadakı vəziyyətə görə bu addımı atıb



Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Moskvaya gözlənilən səfərini təxirə salıb.
AFN Kommersant qəzetinə istinadla xəbər verir ki, bu haqda Birləşmiş Krallığın xarici siyasət idarəsinin saytında məlumat yerləşdirilib.
Səfərin Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı təxirə salındığı bildirilir. Məsələyə aydınlıq gətirən cənab Conson deyib ki, onun Moskvaya səfərinə ehtiyac qalmayıb. Belə ki, qərb dövlətlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini ABŞ dövlət katibi Reks Tillerson öz səfəri zamanı Kremlin nəzərinə çatdıracaq.
Birləşmiş Krallığın XİN-nin rəhbəri həmçinin bəyan edib ki, hətta kimyəvi silah hücumundan sonra belə “Rusiyanın Bəşər Əsəd rejimini müdafiə etməsinə çox təəssüflənir”. Boris Conson Suriya münaqişəsinin siyasi həlli yönündə beynəlxalq səylərin davam etdirildiyini də əlavə edib.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu