Baş prokurordan müxalifətə ittiham: "Digər ölkələrdə hesablar açmaqla..."




Özünü müxalifət adlandıran, hüquqi qeydiyyatdan keçməyən siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər.

Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib. O bildirib ki, həmin şəxslər qanunları kobud pozurlar: "Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur”.

Baş Prokuror bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb: “Gələcəkdə də bu halların qarşısı alınacaq. Həmin yoldaşlara sual olunur, onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənlər saxlayır, müxtəlif avtomobillər alırlar, xarici səfərləri nəyin hesabına edirlər? Onlar maliyyə hesabatları vermirlər”.

Sonra Z.Qaralov əlavə edib ki, nümunə kimi hakim Yeni Azərbaycan Partiyası (YAP) həm Maliyyə Nazirliyinə, həm də Ədliyyə Nazirliyinə hesabat verirlər: "Bəziləri qanundan danışırlar, amma özləri isə bu cür qanunsuz qrant korrupsiyasına qoşulublar. Bunlar bilməlidirlər ki, son dövrlərdə baş verən hadisələr, aşkar edilən vəsaitlərin mənbələri bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların tam geniş şəkildə maliyyə mənbələrinin yoxlanılmasını təmin edək".(Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu