ABŞ prezidenti Qətər böhranına münasibət bildirib




“Yaxın Şərqə səfərimdə radikal ideologiyaların maliyyələşdirilməməsini söylədim. Liderlər Qətəri göstərdilər”.



ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində Körfəzdəki Ərəb Dövlətləri İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə Qətər arasında diplomatik münasibətlərin kəsilməsinə belə münasibət bildirib.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən, Liviya, Maldiv, Mavriki Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edərək onunla diplomatik münasibəti kəsib.
Xatırladaq ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.
Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb. (report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu