Almaniyadan "İncirlik" qərarı- Çıxırlar






Almaniyanın müdafiə naziri Ursula fon der Leyenin Almaniya hərbi birləşmələrinin Türkiyənin "İncirlik" aviabazasından çıxarılması planı bu gün Nazirlər Kabineti tərəfindən təsdiq edilib.



Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarının iyunun 21-də parlament tərəfindən təsdiq ediləcəyi gözlənilir.

U.Leyen "İncirliy"ə alternativ kimi İordaniyanın "Əl-Azraq" hərbi bazasını seçdiklərini bildirib.

Köç təxminən iki ay vaxt aparacaq, bu müddətdə təyyarələrin uçuşu ləğv ediləcək. Köçün dəqiq nə vaxt başlanacağı, eləcə də uçuşların planlaşdırılması NATO tərəfdaşları ilə razılaşdırılacaq.
Hərbçilərin "İncirlik"dən çıxarılması ilə bağlı yekun qərarı Almaniya Bundestaqı qəbul etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu