Rusiya səfiri Azərbaycan diaspor təşkilatının bağlanması haqda




Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı problemin Rusiyanın siyasəti ilə heç bir bağlılığı yoxdur.

Bunu Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Azərbaycandakı rus icmasının konfransında deyib.

V.Doroxin qeyd edib ki, Konqresin hüquqi dəstəyini təmin etməli olan şəxslər bu işin öhdəsindən gəlməyiblər.

Səfirin sözlərinə görə, onlar ÜAK Rusiya Ədliyyə Nazirliyi tərəfindən dəfələrlə qeydiyyat məsələsi ilə bağlı xəbərdarlıq alsalar da, buna reaksiya verməyiblər: "Bizim fikirmiz budur ki, bütün təşkilatlar mövcud olduqları ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatları Azərbaycan qanunvericiliyinə riayət edir".

Rusiyalı diplomat deyib ki, RF üçün Azərbaycanla münasibətlər böyük dəyər kəsb edir: "Və ümid edirik ki, bu insident bizim münasibətlərə heç bir mənfi təsir göstərməyəcək".(Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu