Tillerson Lavrovla görüşəcək




ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşəcək.



AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş avqustun 5-6-da Filippinin Manila şəhərində baş tutacaq.

Reks Tillerson vurğulayıb kı, görüş qarşı tərəflə razılaşdırılıb.

Qeyd edək ki, Manilada ASEAN-ın regional forumu keçiriləcək. Görüşün həmin tədbir çərçivəsində gerçəkləşəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu