Azərbaycanlı millət vəkili Oleq Kuznetsova dəstək nümayiş etdirdi




Gerçəklikləri yazan tarixçiləri ermənilər dünyanın hər yerində təqib edir, ondan hüquq-mühafiqə orqanlarına şikayətlər göndərərək susdurmağa çalışırlar. Bu istiqamətdə ciddi çalışırlar.

AFN xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabının müəllifi Oleq Kuznetsovun ermənilər tərəfindən təqib edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, O.Kuznetsov Rusiyada nadir tarixçilərdən biridir ki, ermənilərin törətdiyi əməlləri, ermənilərlə bağlı gerçəklikləri Rusiya ictimaiyyətinə çatdırır: "Ermənilər Rusiyada ondan şikayət edib və Kuznetsov İstintaq Komitəsində dindirilib. Bu gün ona qarşı ermənilərin bu hucumlarına qarşı ilk öncə mənəvi dəstəyimizlə hər birimiz onun yanında olmalıyıq. Eyni zamanda ona qarşı bu çirkin təbliğat və əməllərin qarşısını almaq üçün də dəstək olmalıyıq. Bu, ermənilərin siyasətidir. Bu cür tarixçilərə qarşı davamlı təzyiqlər etmək, çirkin addımlar atmaqla digərlərinə "bu cür addım atsan səni də bu aqibət gözləyir" mesajı vermək. Ermənilərlə bağlı gerçəklikləri yazdığın üçün təşəkkürlər, Oleq Kuznetsov. Yanınızdayıq! Çünki siz bu məsələdə həqiqətlərin yanındasınız və tarixçi kimi məşğul olduğunuz sahəyə xəyanət edib, təzyiqlərdən çəkilib yalanları deyil, ermənilərin bütün təzyiqlərinə baxmayaraq, gerçəklikləri yazmağa çalışıbsınız və çalışırsınız".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu