Səlim Müslümov AYİB-in nümayəndə heyəti ilə görüşüb- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 12-09-2017, 14:30    |    Xəbər oxunub: 514 dəfə
Səlim Müslümov AYİB-in nümayəndə heyəti ilə görüşüb-


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı ölkəmizdə işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlarının qurulmasına, nəticədə onların və ailə üzvlərinin özünüməşğulluğuna, ailə biznesinə çıxış imkanlarına malik olmalarına şərait yaradıb.



Dövlət başçısının tapşırığına uyğun olaraq, bu proqramın daha da genişləndirilməsində, habelə həmin proqrama cəlb olunan insanların fərdi təsərrüfatlarının gələcək inkişafı üçün görüləcək tədbirlərdə beynəlxalq maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığın həyata keçirilməsi də diqqətdə saxlanılır.

Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə AYİB-in nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.

Görüşdə nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü islahatlar kursu nəticəsində ötən dövrdə ölkəmizdə yaradılmış güclü iqtisadi potensial, xüsusən uğurlu iqtisadi şaxələndirmə dünya maliyyə böhranının dərinləşdiyi son illərdə də respublikamızda dayanıqlı inkişafın təmin olunmasına imkan verib. Bu pozitiv proseslər eyni zamanda yeni iş yerlərinin yaradılmasının daimi xarakter alması və əmək resurslarının səmərəli məşğulluğunun təminatı imkanlarının daim artması ilə müşahidə olunur. Son illərdə qlobal iqtisadi böhranın təsirlərinə rəğmən, Azərbaycanın əmək bazarında hər hansı gərginlik halının baş verməsinin qarşısı da alınmaqla, həyata keçirilən çevik tədbirlər ölkənin əmək bazarında inkişaf dinamikasının uğurla davam etdirilməsinə şərait yaradıb: “Eyni zamanda ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində icra olunan özünüməşğuluq proqramı əhalinin məşğulluq imkanlarının artırılmasında mühüm dəstək olmaqla, əmək bazarının inkişafı baxımından əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etmələrinə, ümumən respublikada ailə biznesinin inkişafına xidmət edən ən vacib tədbirlərdən biridir. Bu proqram nəticəsində tədricən ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə keçid əməkqabiliyyətli aztəminatlı vətəndaşlar arasında ələbaxımlılığın qarşısını alacaq, onlarda sahibkarlıq fəaliyyətini stimullaşdıracaq, digər tərəfdən, mühüm amillərdən biri kimi, biznesə və qeyri-formallıqdan formal iqtisadi münasibətlərə maraqlarını artıracaqdır”.

S.Müslümov bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində cari ilin fevralından, yəni aktivlərin verilməsinə başlanandan bəri proqram iştirakçılarından (1400 nəfər) artıq 920 nəfər işsiz və işaxtaran şəxsin biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda da bu proses davam etdirilir: “Vətəndaşlar onlara verilmiş mal və materiallardan səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun şəkildə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını uğurla qurublar ki, bu da özünüməşğulluq proqramının icrasında artıq müsbət təcrübənin formalaşdığını qeyd etməyə əsas verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən növbəti illərdə indikindən dəfələrlə çox insanın özünüməşğulluq proqramına cəlb olunması təmin ediləcək”.

Nazir qeyd edib ki, ölkəmizdə yeni “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunması bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sisteminin qurulmasına, sosial-iqtisadi məsələlərin həllinə, əmək hüquqlarının qorunmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, sosial ədalətin, ictimai birliyin və sabitliyin təmin edilməsinə yönələn mühüm addımdır. Bu Qanunun tətbiqi nəticəsində gələn ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqi özünüməşğulluq proqramına cəlb olunanların sayının dəfələrlə artmasına da əsaslı təminat yaradacaq. Eyni zamanda, cənab Prezidentin tapşırığı ilə bu sahədə beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq imkanları nəzərdən keçirilir. Belə qurumlardan biri də AYİB-dir. Ötən dövrdə ölkəmizdə enerji, nəqliyyat, su, bankçılıq, mülkiyyət, aqrobiznes və s. sahələrdə önəmli layihələrin həyata keçirilməsində AYİB-lə uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Bu əməkdaşlıq qarşıdakı dövrdə aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi, eləcə də proqramın iştirakçısı olan və fərdi təsərrüfatlarını uğurla quran insanların öz təsərrüfatlarını inkişaf etdirmələri üçün görüləcək tədbirlərdə də səmərəli olardı”.

AYİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı xanım İ.F.Duarte təmsil etdikləri təşkilatla Azərbaycan arasında əməkdaşlığın daim genişlənməsindən məmnunluqlarını ifadə ediblər. Onlar ölkəmizdə icra olunan aktiv əmək bazarı proqramlarının, habelə işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlarının qurulmasına, nəticədə onların və ailə üzvlərinin məşğulluğunun təmin olunmasına yönələn özünüməşğulluq proqramının icrası sahəsində də əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.

Görüşdə aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının AYİB kreditləri vasitəsilə genişləndirilməsi, bu zaman dövlətin vəsaitləri ilə bank vəsaitlərinin kombinələşdirilmiş şəkildə maliyyələşdirmə üçün istifadə olunması sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Səlim Müslümov AYİB-in nümayəndə heyəti ilə görüşüb-
Səlim Müslümov AYİB-in nümayəndə heyəti ilə görüşüb-
Səlim Müslümov AYİB-in nümayəndə heyəti ilə görüşüb-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanda bir gündə 84 cinayət törədilib

Azərbaycanda bir gündə 84 cinayət törədilib

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

İstanbulda İŞİD əməliyyatı:

İstanbulda İŞİD əməliyyatı: 30-dan çox əcnəbi tutulub

"Bank of Baku" müştərini belə soyur- FOTOFAKT

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Artur Rasizadəyə ağır itki

Artur Rasizadəyə ağır itki

Vəkil:

Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir”

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib- VİDEO+FOTOLAR

OPEC-in baş katibi Azərbaycanı təriflədi

OPEC-in baş katibi Azərbaycanı təriflədi

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur