Səlim Müslümov Malayziyanın səfiri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 13-09-2017, 16:44    |    Xəbər oxunub: 516 dəfə
Səlim Müslümov Malayziyanın səfiri ilə görüşüb


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rahman ilə görüş olub.



Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin mövcud olduğunu, üç il bundan öncə, 2014-cü ilin sentyabrında Azərbaycan ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamənin, müxtəlif sahələrdə əməkdaşlığa aid sənədlərin imzalanmasından sonra bu əlaqələrin daha da genişləndiyini qeyd edib. S.Müslümov Malayziya ilə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həyata keçirildiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransının iştirakçıları ilə görüşündə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması barədə irəli sürdüyü təklif Təşkilata bütün üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Artıq həmin Mərkəzin yaradılması işləri, demək olar ki, son mərhələdədir. İƏT-in Bakıda Əmək Mərkəzi Təşkilata üzv dövlətlər, həmçinin Azərbaycan və Malayziya arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafına şərait yaradacaq”.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizin dayanıqlı inkişaf tempinə malik olduğunu, son 14 ildə Azərbaycanda ümumdaxili məhsulun 3 dəfədən çox artdığını diqqətə çatdırıb: “Xüsusilə uğurlu iqtisadi şaxələndirmə şəraitində qeyri-neft sektorunda 2,6 dəfə artım özünü göstərib və həmin sektorun milli iqtisadiyyatda xüsusi çəkisi 70 faizə çatıb ki, bu da məşğulluq imkanlarının artırılması baxımından xüsusi önəm kəsb edir. Regional inkişaf və özəl sektorun genişlənməsi şəraitində qeyri-neft sektorunun artımı 1,6 milyon yeni iş yerinin açılmasına, işsizliyin 5 faiz səviyyəsinə enməsinə imkan verib. Rəsmi statistikaya əsasən, hazırda muzdla çalışanların 98 faizə yaxını də məhz qeyri-neft iqtisadiyyatında çalışanlardır. Bu inkişaf prosesləri qeyd olunan dövrdə əhalinin gəlirlərinin 5,2 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın artması ilə müşahidə edilib”.

Ölkəmizdə iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığını qeyd edən S.Müslümov ölkə əhalisinin 26 faizdən çoxunun sosial təminat sistemi ilə əhatə olunduğunu, beynəlxalq qurumlar tərəfindən Azərbaycanın sosial müdafiə sisteminin geniş əhatəliliyə malik sistem kimi dəyərləndirildiyini vurğulayıb: “Sosial müdafiə sisteminin gücləndirilməsi üçün müvafiq işlər aparılmaqla, digər tərəfdən, aktiv əmək bazarı proqramları vasitəsilə əmək resurslarının səmərəli məşğulluğuna, ailə gəlirlərinin azalmasının qarşısının alınmasına yönələn kompleks tədbirlər paketi reallaşdırılıb. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların ailə əməyinə əsaslanan fərdi təsərrüfat sahibləri olmalarına, bununla onların və ailə üzvlərinin özünüməşğul fəaliyyətini quraraq ailə biznesinə yiyələnmələrinə imkan verib. Bütün bu proseslər qlobal böhranın fəsadlarının ölkənin sosial həyatında da hiss olunmadan ötüşməsinə şərait yaradıb”.

Son illərdə ölkəmizdə əmək, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulduğunu qeyd edən S.Müslümov bildirib ki, həmin elektron sistemlər üzərində nazirliyin fəaliyyət sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Hazırda digər aidiyyəti sahələrdə də elektron xidmətlərin yaradılması işləri davam etdirilir. Yaradılmış avtomatlaşdırılmış sistemlər vasitəsilə əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində müasir idarəetmə mexanizmləri və əhaliyə şəffaf, sosial cəhətdən həssas qruplar üçün əlçatan xidmətlər şəbəkəsi formalaşdırılıb”.

Nazir iki ölkənin aidiyyəti qurumları arasında əmək bazarı proqramları, əhalinin özünüməşğulluğunun təmin olunması, işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, müasir və şəffaf iş sistemlərinin qurulması və s. sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.

A.R.Roslan ölkəsinin Azərbaycana daim dost münasibəti göstərdiyini və ikitərəfli əlaqələrin güclənməsində maraqlı olduğunu vurğulayıb. Səfir Azərbaycan ilə Malayziya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkə üçün faydalı olan biləcəyini bildirib. O, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının da bu sahədə mühüm töhfə verəcəyini və bu təşəbbüsü Malayziyanın dəstəklədiyini bildirib.

Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyətinə və gələcək inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanda bir gündə 84 cinayət törədilib

Azərbaycanda bir gündə 84 cinayət törədilib

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

İstanbulda İŞİD əməliyyatı:

İstanbulda İŞİD əməliyyatı: 30-dan çox əcnəbi tutulub

"Bank of Baku" müştərini belə soyur- FOTOFAKT

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Artur Rasizadəyə ağır itki

Artur Rasizadəyə ağır itki

Vəkil:

Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir”

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib- VİDEO+FOTOLAR

OPEC-in baş katibi Azərbaycanı təriflədi

OPEC-in baş katibi Azərbaycanı təriflədi

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur