Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir- FOTOLAR




Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.



AFN Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu