XİN Azərbaycanla Avropa İttifaqı arasında strateji razılaşma haqda




"Sentyabrın sonu Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə sahəvi müzakirələr olacaq".

Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, bu görüşdə investisiya, siyasət və təhlükəsizlik məsələlərindən əlavə, digər məsələlər də müzakirə olunacaq: "Şübhəsiz, biz bütün məsələləri əhatə etməyəcəyik, lakin bir neçə məsələləri müzakirə etməyə çalışacağıq. Həmçinin Brüsseldə yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq. Bu, yeni addımdır. Biz öz təkliflərimizi vermişik. Avropa İttifaqı da öz təkliflərini verib. Sentyabrın 29-da bu məsələlər müzakirə olunacaq".

M. Məmmədquliyev onu da bildirib ki, sentyabrın 27-də isə Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək.

Onun sözlərinə görə, oktyabrın ikinci yarısında isə təhlükəsizlik və insan hüquqları üzrə alt komitənin iclası nəzərdə tutulub: "Enerji məsələləri üzrə alt komitənin iclasının tarixi "Şərq Tərəfdaşlığı" sammitinə hazırlığa görə hələlik dəqiqləşməyib. Düşünmürəm ki, sammitə qədər iclas keçirilsin. Hələlik alt komitələrin iclasları Brüsseldə keçirilir, ona görə də onların təkliflərini gözləyirik. Biz də bunlarla bağlı öz fikirlərimizi bildiririk".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu