Səlcuq Çətin: “Güclü Azərbaycan güclü Türkiyə deməkdir”


Səlcuq Çətin:


Ankara Pursaqlar bələdiyyəsinin başqanı Səlcuq Çətinlə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürklə Azərbaycan səfəri və bir sıra mövzular ətrafında söhbət ediblər.



- Səlcuq bəy, Azərbaycana xoş gəlmisiniz. Azərbaycanı necə gördünüz?

- Təşəkkür edirəm. İlk öncə qeyd edim ki, qardaş Azərbaycan haqqında danışmaqla sözlərim bitməz. Buralar bizim ikinci vətənimizdir. Səfərimdə Bakı və Sumqayıtda oldum. Abadlıq və inkişaf göz önündədir. Xəzər dənizi Bakıya xüsusi gözəllik verir. Havası çox yaxşıdır. İnsanlarla təmasda oldum. İnsanlar istiqanlı və qonaqpərvərdirlər. Azərbaycanı belə görmək bizi çox sevindirir. Bizim üçün güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bilirsiniz ki, iki qardaş ölkə ümumilli məsələlər daxil olmaqla beynəlxalq aləmdə də bir-birilərinə dəstək verirlər.

- Siz rəhbəri olduğunuz Pursaqlar bələdiyyəsində Qarabağ parkını açmısınız. Qarabağ mövzusu Türkiyə cəmiyyətinə nə qədər çox tanışdır?

- Türkiyə böyük dövlətdir. 80 milyon insanın bu barədə məlumatı tam olmaya bilər. Amma cəmiyyət Qarabağ məsələsini bilir və qardaş Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cənab prezidentimiz Rəcəb Təyyub Ərdoğan açıq şəkildə bunu bəyan edib. Türkiyədə bir neçə Qarabağ parkları var. Bu il də bələdiyyə olaraq Qarabağ parkının açılışını etdik. Bakıdan da hörmətli qonaqlar gəlmişdi. Əgər biz bununla qardaş vətənimizə dəstək oluruqsa, bu, məni çox sevindirir. İnşallah, torpaqlar azad olunandan sonra hamımız birgə Qarabağı ziyarət edəcəyik. O günü səbrsizliklə gözləyirik.

- Türkiyə-Azərbaycan əlaqələri haqqında nə deyə bilərsiniz?

- Türkiyə-Azərbaycan əlaqələri strateji və qarşılıqlı səviyyədə davam etməkdədir. Ən çətin zamanımızda bir-birimizə dəstəyimizi göstəririk. Bundan gözəl heç nə ola bilməz. Qarabağ parkının açılışı çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı konfrans keçirdik. Konfransda yüzlərlə insan iştirak edirdi. Qarşıda planlarımız çoxdur. Onları reallaşdırmaq haqqında düşünürük.

Səlcuq Çətin:

Səlcuq Çətin:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu