Bakıda beynəlxalq neft sammiti keçirilir

Xəbərin çap versiyası
Tarix: 12-10-2017, 12:07    |    Xəbər oxunub: 607 dəfə
Bakıda beynəlxalq neft sammiti keçirilir


"Argus" beynəlxalq qiymət agentliyinin baş tərəfdaş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirdiyi beynəlxalq neft sammiti işə başlayıb.



“Report” xəbər verir ki, 2 gün davam edəcək tədbir Xəzər regionunda əsas görüşlərdən biridir və beynəlxalq neft, nəqliyyat, ticarət, neft emalı, neft-kimya şirkətlərinin, profil nazirliklərin 250-dən çox rəhbərini, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Türkmənistan, İran, İsveçrə, BƏƏ, Qazaxıstan, Böyük Britaniya, Rumıniya, Ukrayna, Türkiyə və digər ölkələrin dövlət orqanlarının nümayəndələrini bir araya gətirib.

Sammit iştirakçıları neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.

Sammit çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayevin, "Argus"un Rusiya, MDB və Baltikyanı ölkələrdəki rəhbəri Vyaçeslav Mişenkonun, "Argus Media Group"un əməliyyat direktoru Filip Şounun, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional prezidenti Heri Consun, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun, Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun, Gürcüstanın energetika nazirinin müavini Romeo Mikautadzenin, eləcə də Azərbaycanın və xarici ölkələrin neft və logistik strukturlarının nümayəndələrinin hesabatla çıxış edəcəkləri gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur