Qənirə Paşayeva: "Ölkələrin ərazi bütovlüyünün müdafiə edilməsi ən vacib məsələdir"

Xəbərin çap versiyası
Tarix: 12-10-2017, 23:05    |    Xəbər oxunub: 643 dəfə
Qənirə Paşayeva:


Millət vəkili Qənirə Paşayeva AŞPA-da səsləndi: Ermənistan heyətinin Kataloniyada baş verənlərdən sui-istifadə edərək burada işğalçı dövlətlərinin Azərbaycan torpaqlarını işğal etməsinə bəraət qazandırmasına imkan verilməməlidir”



Bu gün AŞPA-da İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumu ilə bağlı müzakirələrdə çıxış edən millət vəkili Q.Paşayeva Avropa ölkələrinə çağırış edib və ölkələrin ərazi bütovlüyünün müdafiə edilməsi ən vacib məsələdir deyib:” Kataloniyada keçirilən müstəqillik referendumunun nəticəsində ortaya çıxan gərginliyin İspaniyanın ərazi bütövlüyü, konstutsiyası, beynəlxalq hüquq çərçivəsində həll edilməsini dəstəkləyirik. AŞPA-ya üzv dövlətlərin ərazi bütövlüyünün prinsipial və qeyd-şərtsiz dəstəklədiyimizi və ortaya çıxan bu cür məsələlərin də ancaq ölkələrin ərazi bütövlüyü qorunaraq həll edilə biləcəyini buradan açıq şəkildə ifadə etməyimiz lazımdır. Çünki "Bölücü hərəkətlərin" güc qazanması Avropanın və dünyanın gələcəyi üçün çox ciddi bir təhdid ola bilər. Təəssüflər olsun ki, Assambleyanın ilk günü Ermənistan heyətinin bəzi üzvləri çıxışlarında Kataloniyada meydana gələn olayları öz məqsədləri üçün istifadə etməyə, bu hadisələri örnək göstərərək də Ermənistanın Qarabağdakı işğalçılıq siyasətini haqlı göstərməyə çalışdılar. Bu, çox üzücü və narahatverici bir durumdur. Biz burada bu cür cəhdlərə, bu təhlükəli addımlara izn verməməliyik. Çünki Qarabağ probleminin Kataloniyada yaşananlarla heç bir bənzərliyi yoxdur. Qarabağ məsələsi Erməsnitanın Azərbaycan torpaqlarını işğal etməsi və bu işğalı davam etdirməsindən qaynaqlanan bir məsələdir. AŞPA-nın qəbul etdiyi 1416 saylı qərarda da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi xüsusi və açıq şəkildə vurğulanmaqdadır. Ermənistan ilk öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarını qızışdırdı, sonra onları silahlandırdı, sonra da Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20%-ni işğal etdi. Ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlara izn verməməliyik və separatçı fəaliyyətlərin çox ağır nəticələrə gətirib çıxaracağını ununmamalıyıq. O üzdən İspaniyaya bu məsələdə açıq dəstək verməliyik. Kataloniyada keçirilən referenduma gəlincə bu referendumu dəstəkləməyən insanların sayı da az deyildir. Biz onların yürüşünü də mediadan izlədik. Biz burada onların da səslərini dinləməliyik. Bu məsələnin ədalətli şəkildə həlli üçün məsələnin İspaniyanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına ehtiyac var. Bu məsələdə də AŞPA-nın daha fəal rol oynaması məsələnin ədalətli şəkildə həllinə öz töhfəsini verə bilər. Kataloniyada referendum səbəbindən İspaniyadakı gərginliyin və toqquşmalar risqinin artması böyük bir faciəyə səbəb ola bilər. Bu gərginliyi azaltmaq və ola biləcək faciələrin qarşını almaq üçün buradan ciddi mesajların verilməsi və məsələnin həlli istiqamətində addımların atılmasına ehtiyac var. Bizim bu müzakirələri AŞPA ölkələrində və ondan kənarda bir çox bölüçü hərəkatlar da izləyir. Buradan onlara doğru mesaj verilməlidir. Bütün məsələlər dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və biz ancaq bunu dəstəkləyəcəyik məsajı. Əks halda Avropa və dünya üçün çox ciddi problemlərin yaxın gələcəkdə şahidi olacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu-

Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu- VİDEO

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Bakıda əməliyyat:

Bakıda əməliyyat: "Polkovnik" tutuldu

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb-

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb- FOTOLAR

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“AAAF Park”da 120 ailə soyuqdan donur

“AAAF Park”da 120 ailə soyuqdan donur

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Yanvarda maaş və pensiyalar artacaq-

Yanvarda maaş və pensiyalar artacaq- RƏSMİ

Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur