Politoloq: “Azərbaycan-Türkiyə qardaşlığı heç bir zaman pozula bilməz”


Politoloq:


“AŞPA-da təmsil olunan Türkiyə Respublikasının bəzi deputatlarının Azərbaycan əleyhinə səs verməsi utanc doğuran bir məsələ olduğu kimi, həm də Azərbaycan-Türkiyə qardaşlığına zərbə kimi qəbul edilməli olan bir hadisədir”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.



Onun sözlərinə görə, xaricdən maddi və siyasi dəstək alan Türkiyənin CHP millət vəkilləri zaman-zaman hazırki Türkiyə hakimiyyəti ilə Azərbaycan hakimiyyətinin və qardaşlığının arasına nifaq salmağa cəhdi edəcəklər: “Düşünürəm ki, biz Azərbaycan-Türkiyə xalqı və Türkiyə hakimiyyəti ilə Azərbaycan hakimiyyətində təmsil olunanlar, eyni zamanda hər iki tərəfin millət vəkilləri ağıllı davranaraq bu cür provokasiyaya getməməlidir. Bununla belə hər iki tərəf unutmamalıdır ki, Azərbaycanın ən çətin günlərində yanında olan tək dövlət Türkiyə olub, Türkiyənin də ən çətin günlərində yanında olan tək dövlət Azərbaycan olub və bu ittifaq, qardaşlıq heç bir zaman pozula bilməz. Çünki bu qardaşlığı iki Ulu öndər müxtəlif dövrlərdə daha da möhkəmləndirib və bu gün də iki lider, özlərini bir-birlərinin qardaşı hesab edən prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan yüksək səviyyədə davam etdirirlər.

Hesab edirəm ki, hər iki ölkənin ziyalıları, ictimaiyyət nümayəndələri, KİV nümayəndələri, millət vəkilləri bu məsələyə biganə qalmamalı, qardaşlığımıza zərər verərək erməni diasporasına xidmət edən o şəxslərə layiqli cavablar verilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu